• Qeyri-formal məşğulluq, əsasən, işəgötürənin vergi və məcburi sığorta ödəmələrindən yayınmaq məqsədinə xidmət edir.

 

  • İşçini qeyri-qanuni məşğulluğa cəlb edənlər üçün qanunvericilikdə ciddi məbləğlərdə cərimələr nəzərdə tutulub.

 

  • Qarşıda duran əsas məqsəd formal məşğulluq sahəsində əldə olunmuş uğurları davam etdirməkdir.

 

Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılan sosial dövlət konsepsiyasının başlıca istiqaməti əhalinin rifah səviyyəsinin yüksəldilməsi, hər bir vətəndaşın iqtisadi və sosial hüquqlarının qorunmasıdır. Bu baxımdan, qeyri-formal məşğulluğun aradan qaldırılması dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir. Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması, qeyri-formal məşğulluğun aradan qaldırılması və əməkhaqqı fondunun ağarması istiqamətində məqsədyönlü islahatlar həyata keçirilir.

Qeyri-formal məşğulluqla mübarizə tədbirləri

Qeyri-formal məşğulluq əmək müqaviləsi (kontraktı) və ya mülki-hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, uçota durmadan gəlir əldə edilməsidir. İlk baxışdan öhdəliklərdən yayınmaqla daha çox gəlir əldə edəcəklərini düşünən şəxslərin iş yerinə aid heç bir rəsmi sənədi olmadığından, onları işə götürən şəxs istədiyi vaxt işçini işdən azad edə, öz istəyinə uyğun saatlar ərzində onu yükləyə və bütün sosial üstünlüklərdən məhrum edə bilir. “Kölgə iqtisadiyyatı”nın əsas göstəricilərindən olan qeyri-formal məşğulluq, əsasən, işəgötürənin vergi və məcburi sığorta ödəmələrindən yayınmaq məqsədinə xidmət edir. Belə hallar bir tərəfdən işçinin gələcək sosial müdafiə hüquqlarını, pensiya təminatını sual altında qoyur, hətta iş yerində bədbəxt hadisə zamanı xəsarət aldıqda belə, onun köməksiz vəziyyətdə qalmasına səbəb olur, digər tərəfdən isə dövlət büdcəsi daxilolmalarına ciddi ziyan vurur. Eyni zamanda, qeyri-formal məşğulluq əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, layiqli əməyin dəstəklənməsinə, əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə mane olur. Qeyri-formal məşğulluğun dünya iqtisadiyyatında payının getdikcə artması bu məsələyə daha ciddi və operativ yanaşmanı, problemin həllində səmərəli və yeni innovativ yanaşmalara əsaslanan vasitələrin tətbiqini zəruri edir.

Qeyri-formal işləyənlərə formal məşğulluğa keçmələri barədə vergi orqanları tərəfindən də dəfələrlə çağırışlar edilib. İşəgötürənlər tərəfindən vergi və sosial sığorta ödənişlərindən yayınmaq məqsədilə faktiki əmək münasibətlərində olan işçilərlə əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələrin bağlanılmasının qarşısının alınması, formal məşğulluğa keçidi stimullaşdıran bir sıra tədbirlərin görülməsi və s. aparılan işlərin əsas istiqamətlərindəndir. Qeyri-formal işləyənlərə dəstək verən və bu hallara yol açan işəgötürənlər qanun pozuntusuna yol verən tərəfdir. İşçini qeyri-qanuni məşğulluğa cəlb edənlər üçün qanunvericilikdə ciddi məbləğlərdə cərimələr nəzərdə tutulub. Vergi orqanları işəgötürənləri və işçiləri maarifləndirmə tədbirləri, o cümlədən əmək bazarına nəzarətin daha da təkmilləşdirilməsi ilə bu problemin həllinə yönəldilmiş tədbirlər həyata keçirir.

Avtomobil nəqliyyatı sahəsinə nəzarət gücləndirilir

Ölkə başçısının 2017-ci il 9 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”na uyğun olaraq, avtomobil nəqliyyatı sahəsində də son dövrlər qeyri-formal məşğulluğun qarşısının alınmasına dair nəzarət tədbirləri həyata keçirilir. Məlum olduğu kimi, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Həmin Qanunun 14.6-1-ci maddəsinə əsasən, 14.5.1.1-10-cu maddədə göstərilən fiziki şəxslər tərəfindən məcburi dövlət sosial sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödənilir. Eyni zamanda, Vergi Məcəlləsinin 221.4.7-ci maddəsinə əsasən, “Fərqlənmə nişanı” almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə olunmalıdır. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara “Fərqlənmə nişanı” verilməlidir. “Fərqlənmə nişanı” əsasında fəaliyyət göstərən sahibkarlıq subyektləri qanuni fəaliyyətin təminatına töhfə verməklə yanaşı, bir sıra üstünlüklərdən də yararlana bilirlər. Məlum olduğu kimi, pandemiya dövründə bu kateqoriyadan olan vergi ödəyiciləri üçün güzəştlər tətbiq edilmişdi.

Beləliklə, qarşıda duran əsas məqsəd ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində vətəndaşların əmək və sosial hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti gücləndirmək, bu sahədə koordinasiyalı fəaliyyəti təmin etmək, habelə qeyri-formal məşğulluğun törətdiyi fəsadlar barədə əhalinin məlumatlılığını artırmaq, ən başlıcası isə formal məşğulluq sahəsində əldə olunmuş uğurları davam etdirməkdir. Davamlı şəkildə həyata keçirilən tədbirlər bu sahədə yeni nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.

Gülay NƏBİYEVA

 

Mənbə: Vergiler.az

Xidmətlər

Bizə etibar edərək yararlana biləcəyiniz xidmətlər

- Vergi risklərinin müəyyənləşdirilməsi;

- Büdcə qarşısında öhdəliklərin müəyyən edilməsi;

- Vergi ödəyicisinin təsərrüfat subyektinin, filialın, nümayəndəliyin qeydiyyatı;

- Vergi məsləhətləri və planlaması;

- Vergi məsələləri və biznes əməliyyatları üzrə yaranacaq vergi öhdəlikləri və tənzimləmələri barədə hüquqi rəylərin verilməsi;

- Dövlət orqanları ilə yazışmalar; - Hüquqi və fiziki şəxslərin qeydiyyata alınması;

- Obyektlərin, nəzarət-kassa aparatının və POS-terminalın onlayın qeydiyyatı və qeydiyyatdan çıxarılması;

- Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin müəyyənləşdirilməsi və tədbirlərin görülməsi;

- Təsis sənədlərində edilmiş dəyişikliklərin (qanuni təmsilçi, ünvan, təsisçilərin, nizamnamə kapitalındakı payların, hüquqi şəxsin adının və təşkilatı hüquqi formasının dəyişdirilməsi) və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması.

- Yeni işçilərə əmək kitabçalarının açılması;

- Yeni işçilərin “Elektron Hökümət Portalı” vasitəsilə qeydiyyata alınması, xitam verilməsi və müvafiq dəyişikliklərin edilməsi;

- İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta olunması üzrə tədbirlərin görülməsi.

- Kadr uçotunun təşkili, işçilərlə hesablaşmalar (Əmək haqqı, məzuniyyət, ezamiyyə, kompensasiya, son haqq hesab hesablanması), Qanunvericiliyə uyğun olaraq əmək müqavilələrinin bağlanması, dəyişikliklərin edilməsi və xitam verilməsi;

- Kadr kargüzarlığının aparılması

- Beynəlxalq Audit Standartlarına əsasən maliyyə hesabatlarının auditi;

- Daxili audit;

- Xüsusi audit.

- Maliyyə hesabatlarının auditi

-Biznes planın hazırlanması

-Hüquqi şəxslərin qeydiyyatı, fəaliyyətinin dondurulması və ya ləğvi

- Vergi qanunvericiliyinə əsasən məsləhət xidməti;

- Vergi qanunvericiliyində dəyişikliklər üzrə monitorinq;

- Sadə və xüsusi vergi rejimli şirkətlər üçün vergi tutma prosesinin planlaşdırılması və bu barədə məsləhətlərin verilməsi;

- Vergi ödənişinin optimizasiyası;

- Əmək qanunvericiliyinə əsasən məsləhət xidməti;

- Vergi öhdəlikləri və digər ödənişlərin hesablanması və ödənilməsi üzrə məsləhətlərin verilməsi;

- Ayrı-ayrı maliyyə və vergi sxemlərinin hazırlanması, tətbiqi və məsləhətlərin verilməsi;

- Bağlanmış aktlar üzrə vergilərə və digər icbari ödənişlərə dair məsləhətlərin verilməsi

- Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi;

- Vergi, Statistika, Dövlət Sosial Müdafiə Fondu və Məşğulluq idarələrinə rüblük, aylıq, illik hesabatların hazırlanması və təqdim edilməsi (Sadələşdirilmiş vergi bəyannaməsi, Ödəmə mənbəyindən vergi bəyannaməsi, Əmlak vergisi bəyannaməsi, Əlavə Dəyər Vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi və s.);

- Gündəlik əməliyyatların (invoysların, elektron qaimə-fakturaların, elektron vergi hesab-fakturaların, ödəniş tapşırıqlarının hazırlanması) həyata keçirilməsi;

- Mədaxil və nəxaric pul vəsaitləri uçotunun, mühasibat uçotu hesabatlarında onların hərəkətinin, istehsal dövriyyəsi və xərclərinin, xərclər smetasının hazırlanması;

- 1 C proqram təminatında əməliyyatların, gəlir və xərclərin qeydiyyatının aparılması, şirkətlərdə mühasibat uçotunun təşkili və mühasibat uçotunu qurulması;

- Əməliyyatların təhlil edilməsi, riskli əməliyyatlarla bağlı vaxtında məlumatın verilməsi;

- Bütün növ bank əməliyyatlarının həyata keçirilməsi.

- ƏDV depozit hesabı üzrə əməliyyatlarının aparılması;

- Kreditorlarla hesablaşmaların aparılması;

- Debitorlar borcların zamanında ödənilməsinə nəzarət;

- Əsas vəsaitlərin bazar qiymətlərinə uyğun olaraq yenidən qiymətləndirilməsi, uçotunun aparılması, amortizasiyası.

- İdxal-ixrac əməliyytları zamanı yük gömrük bəyannamələri üzrə işlərin görülməsi və idxal olunmuş malların anbarda uçotunun aparılması.

Müraciət etmək

Aşağıdakı xanaları dolduraraq müraciətinizi təsdiqləyin